Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib

A- A A+

Dünən Filippinin cənubundakı Mindanao adasında baş verən 7,8 bal gücündə zəlzələdən 145 mindən çox insan zərər çəkib.

 

NUHÇIXAN xəbər verir ki, bu barədə “Manila Bulletin” qəzeti çərşənbə axşamı günü Filippin sosial təminat və inkişaf departamentinə istinadla məlumat yayıb. “Zəlzələ 145 min insana və ya 33 min ailəyə təsir edib. Zərərçəkənlərə ilkin yardım üçün 4,23 milyon Filippin pesosu (68.600 dollar) ayrılıb. Zəlzələdən zərər çəkən ərazilərdə həyata keçirilən yardım əməliyyatlarına helikopterlər, gəmilər və sahil mühafizəsi gəmiləri cəlb olunub. Təbii fəlakət bölgələrinə ərzaq paketləri və çadırlar çatdırılır”, - deyə məlumatda bildirilir.

 

Torpaq sürüşmələri səbəbindən bir neçə magistral yol bağlanıb. Bu da zəlzələnin nəticələrinin aradan qaldırılması işlərini çətinləşdirir.

 

Son məlumata görə, Filippindəki zəlzələ nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: