Sırski Ukraynanın 2000 km məsafəyə çatan yeni silah sistemi üzərində işlədiyini açıqlayıb

A- A A+

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyasının 2030-cu ilə qədər İnkişaf Konsepsiyasını təsdiqləyib.

Bu barədə NUHÇIXAN Sırskinin teleqramdakı paylaşımına istinadən xəbər verir.

"Bu gün ağır müharibə apararaq, biz eyni zamanda gələcəyin ordusunu formalaşdırmalıyıq. İmkanların inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi və gələcək çağırışlara hazırlıq, cari döyüş tapşırıqlarının yerinə yetirilməsindən əhəmiyyətsiz deyil. Strateji qərarlarımız məhz buna yönəlib", - o qeyd edib.

Konsepsiyanın əsas prioritetlərindən biri kimi müasir artilleriya kəşfiyyatı sisteminin yaradılması müəyyən edilib.

"Ayrı bir istiqamət – raket silahlarının inkişaf etdirilməsidir. Biz düşmənin bütün operativ-strateji və strateji dərinliyinə atəş təsiri imkanlarını artırmalıyıq. Bunun üçün yerli ballistik və qanadlı raketlərin işlənib hazırlanmasının başa çatdırılması və gələcəkdə seriyalı istehsalı nəzərdə tutulur. Pilotsuz sistemlərlə birlikdə bu, uzaq mənzilli atəş təsirinin balanslaşdırılmış sistemini yaratmağa və 2000 kilometrə qədər məsafədəki hədəflərin vurulmasını təmin etməyə imkan verəcək", - Sırski bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: