Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

A- A A+

Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə Rusiya və üçüncü ölkələrdən 90 bank və bir sıra kriptovalyuta platformalarının daxil edilməsini təklif edib.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen açıqlama verib. Onun sözlərinə görə, yeni paketə, həmçinin 30 tankerin əlavə edilməsi, Rusiya nefti üçün tətbiq olunan qiymət tavanının dəyişməz saxlanılması və Rusiyaya qarşı metallar, ərintilər, eləcə də pilotsuz uçuş aparatları üçün komponentlərin ixracına yeni qadağaların tətbiqi daxildir.

Bundan başqa, Rusiyaya mayeləşdirilmiş təbii qaz daşıyan tankerlərin satışının qadağan edilməsi və enerji resursları ticarəti ilə əlaqəli bəzi limanlara qarşı məhdudiyyətlərin tətbiqi də nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: