Türkiyənin bank strukturları Suriyada ofislər açacaq. NUHÇIXAN xəbər verir ki, bu barədə “Türkiye” qəzeti Qaziantepdə keçirilən Türkiyə-Suriya İqtisadi Forumunun nəticələrini şərh edərkən məlumat verib.
Nəşrdə Türkiyənin ticarət naziri Ömer Bolatın Ankaranın qonşu ölkə ilə ticarət dövriyyəsini artırmağa (2030-cu ilə qədər 10 milyard dollara çatdırmağa - red.) hazır olması barədə açıqlaması vurğulanıb.
Türkiyənin ticarət naziri Dəməşqin bank sektoru ilə bağlı qanunvericilik də daxil olmaqla milli qanunvericilikdə dəyişiklik etmək səylərinə diqqət çəkib. “Bu məsələ Suriya və Türkiyənin mərkəzi bankları səviyyəsində müzakirə olunur. Suriya milli valyutasının çap edilməsi ehtimalı da nəzərdən keçirilir”, -deyə Bolat bildirib.
Ankara, həmçinin Türkiyənin İskəndərun və Suriyanın Latakiya şəhərləri arasında bərə xidmətinin açıldığını da elan edib.
