Filippində zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb

A- A A+

Filippinin cənubundakı Mindanao adası yaxınlığında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 45-ə çatıb.

NUHÇIXAN Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippinin Milli Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi Şurası məlumat yayıb.

Bildirilib ki, 7,8 bal gücündə zəlzələ 150 minə yaxın insana təsir göstərib, 17 nəfər itkin düşüb, 487 nəfər yaralanıb, 41 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Məlumata görə, yüzlərlə evə, həmçinin xəstəxana, məktəb və körpülər daxil olmaqla çoxsaylı infrastruktur obyektlərinə ziyan dəyib. Zəlzələdən sonra 1700-dən çox təkan qeydə alınıb.

Hazırda zərərçəkmiş ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: