ABŞ-nin xam neft ehtiyatları ötən həftə 9,1 milyon barel azalıb.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə Amerika Neft İnstitutunun (API) məlumatında deyilir.
Bu, sentyabr ayından bəri ən böyük ehtiyat azalması deməkdir. ABŞ-nin ehtiyatları hazırda son 4 ayın ən aşağı səviyyəsindədir.
