Hakan Fidan gələn həftə Rusiyaya səfər edəcək

A- A A+

Türkiyənin xarici işlər naziri Hakan Fidan gələn həftə Rusiyaya işgüzar səfər edəcək.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Fidanın Moskvaya işgüzar səfəri 15-17 iyun tarixlərində baş tutacaq.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar, həmçinin digər ikitərəfli təmaslar planlaşdırılıb", - Zaxarova qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: