Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

A- A A+

Türkiyə Ankarada keçiriləcək NATO sammitinin alyans tarixində əlamətdar hadisə olacağına ümid edir.

NUHÇIXAN "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə iyunun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakı Şimali Atlantika blokunun birliyinin möhkəmləndirilməsinə kömək edən mühüm amil olacaq:

"Donald Trampın sammitdə şəxsən iştirakı alyansın həmrəyliyi baxımından mühüm addım olacaq. Sammitin NATO tarixində əlamətdar hadisəyə çevrilməsi üçün hazırlıqları sürətləndirmişik".

Xatırladaq ki, NATO-nun Ankara sammiti iyulun 7–8-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: