İran, ABŞ-nin təkrar hücumlarından sonra, Hörmüz boğazından keçən bütün növ gəmilər üçün bağlanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahı məlumat yayıb.
"Bundan sonra, bölgədə təhlükəsizliyin olmaması səbəbindən Hörmüz boğazı neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla, bütün növ gəmilər üçün bağlı elan edilib və keçid cəhdləri hücumlarla qarşılanacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri öz növbəsində boğazdan keçməyə çalışan iki gəmini vurub.
