Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub

A- A A+

Bolqarıstanda qızılca xəstəliyinə yoluxanların sayı 364 nəfərə çatıb, onlardan 300-ü uşaqdır.

NUHÇIXAN Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yoluxma halları ölkənin 9 bölgəsində qeydə alınıb.

Məlumata əsasən, ən çox yoluxma Vratsa bölgəsində (198 hal) aşkarlanıb.

Rəsmilər bildiriblər ki, yoluxanların bir hissəsi peyvənd olunmayıb, bəzilərinin isə immunizasiya statusu məlum deyil.

Qeyd edək ki, ölkədə qızılca, parotit və məxmərək əleyhinə peyvənd məcburidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: