Böyük Britaniyada hər gün 3000-ə yaxın xəstənin xidmət üçün uyğun olmayan yerlərdə müalicə aldığı açıqlanıb

A- A A+

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti tərəfindən açıqlanan yeni məlumatlar ölkə xəstəxanalarında təcili yardım şöbələrinin üzləşdiyi ciddi problemləri ortaya qoyub.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, may ayında hər gün orta hesabla 2241 xəstə təcili yardım şöbələrində dəhlizlərdə və ya tibbi xidmət üçün uyğun hesab edilməyən digər məkanlarda müalicə alıb. Bundan əlavə, xəstəxanaların digər bölmələrində daha 669 xəstəyə oxşar şəraitdə xidmət göstərilib.

Milli Səhiyyə Xidməti ilk dəfə olaraq dəhlizdə müalicə halları ilə bağlı rəsmi statistika dərc edib. Qurumun məlumatına əsasən, təcili yardım şöbələrində və ya xəstəxana palatalarında dəhlizlər, gözləmə zalları və digər uyğun olmayan məkanlarda 45 dəqiqədən artıq qalan xəstələr bu kateqoriyaya aid edilir.

Xidmətin təhlilinə görə, təcili yardım şöbələrində qeydə alınan dəhlizdə müalicə hallarının yarıdan çoxu 20 səhiyyə müəssisəsinin payına düşür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: