Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençanq Kosmik Buraxılış Mərkəzindən yeni rabitə texnologiyası sınaq peyki kosmosa buraxılıb.
NUHÇIXAN Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, peyk “Long March-5” raketi ilə Pekin vaxtı ilə saat 15:30-da orbitə çıxarılıb və uğurla əvvəlcədən müəyyən edilmiş orbitə daxil olub.
Məlumata görə, peyk çoxzolaqlı və yüksəksürətli rabitə texnologiyalarının sınaq və yoxlama işləri üçün istifadə olunacaq.
Qeyd edək ki, bu buraxılış “Long March” raket seriyasının 650-ci missiyasıdır.
