Şahbaz Şərif: Pakistan Bakı və İrəvan arasındakı sülhə böyük əhəmiyyət verir

A- A A+

Pakistan Azərbaycan və Ermənistan arasındakı sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verir.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin parlament seçkilərində "Vətəndaş müqaviləsi" Partiyasının qələbəsi ilə əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı təbrik məktubunda deyilir.

"Mən Pakistan-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi məqsədilə sizinlə əməkdaşlıq etmək imkanını səbirsizliklə gözləyirəm və vurğulamaq istərdim ki, Pakistan Azərbaycan və Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verir", - məlumatda bildirilib.

Şərif həmçinin bildirib ki, Ermənistanın Baş nazirinin yeni səlahiyyət müddətinin Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə, eləcə də iqtisadi inkişafa töhfə verəcəyinə ümid edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: