Əraqçi ABŞ-ın zərbələrinin atəşkəsi təsirsiz etdiyini Kallasın diqqətinə çatdırıb

A- A A+

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasla telefon danışığı aparıb.

NUHÇIXAN-ın məlumatına görə, Əraqçi Kallasla ABŞ-ın İrandakı bəzi hədəflərə hücumlarından sonra regionda yaranmış son vəziyyəti müzakirə edib.

Əraqçi ABŞ-ın son hücumunu kəskin şəkildə pisləyib, bunu BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.

O qeyd edib ki, bu addımlar atəşkəsi təsirsiz edir və bunun doğuracağı təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir.

Əraqçi BMT-yə üzv ölkələrin bu addımlar qarşısında susmasını tənqid edib. O xəbərdarlıq edib ki, beynəlxalq səviyyədə passivlik regional və qlobal təhlükəsizliyin daha da pisləşməsinə səbəb olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: