Mask tarixdə ilk trilyonçu olub

A- A A+

Amerikalı sahibkar İlon Mask "SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) sayəsində tarixdə ilk trilyonçu oldu.

NUHÇIXAN xəbər verir ki, bu barədə Britaniyanın "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, daha əvvəl şirkət IPO çərçivəsində rekord 75 milyard dollar cəlb edəcəyini bildirmişdi.

Amerikanın "SpaceX" şirkəti iyunun 11-də birjada kütləvi yerləşdirilməsi ərəfəsində səhmlərin qiymətini və sayını açıqlayıb. Şirkət bir səhm üçün 135 dollar qiymətinə 555 555 555 səhm yerləşdirib.

"SpaceX"in qiymətli kağızları iyunun 12-dən "Nasdaq" elektron birjasında "SPCX" indeksi altında satışa çıxarılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: