İsrailin hava hücumları nəticəsində Livanda həlak olanların sayı 3711 nəfərə, yaralananların sayı isə 11 483 nəfərə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, son 24 saat ərzində 15 nəfər həlak olub, 70 nəfər yaralanıb.
Bildirilib ki, xilasedici qruplar Tir şəhərində və ətraf ərazilərdə bombardman nəticəsində dağılan binaların qalıqları altında axtarış-xilasetmə və təmizləmə işlərini davam etdirirlər. Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.
