Pakistanda polisə hücum olub: ölənlər var

A- A A+

Pakistanın Xayber Paxtunxva əyalətində baş verən silsilə hücumlar nəticəsində iki polis əməkdaşı həlak olub.

NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Bannu rayonunun Azad Mandi ərazisində naməlum silahlıların açdığı atəş nəticəsində polis zabiti öldürülüb. Saydgi Baka Xel bölgəsində də evinin qarşısında başqa bir polis əməkdaşına hücum edilib.

Rəsmilər hər iki hadisəni terror aktı kimi qiymətləndirib və ərazilərdə əməliyyat-axtarış tədbirlərinin aparıldığını bildiriblər.

Hadisələrə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: