Hamburq aeroportunda reyslər ləğv edilib, polis genişmiqyaslı əməliyyat keçirir

A- A A+

Hamburq hava limanında polis genişmiqyaslı əməliyyat keçirir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniya mediası "Federal Polis"ə istinadən məlumat yayıb.

Təhlükəsizlik zonasında təxliyə həyata keçirilib. Hazırda polis əməkdaşları bu ərazidə axtarış aparır, lakin bunun səbəbləri açıqlanmır.

Hava limanının operatoru "Flughafen Hamburg GmbH"ın məlumatına görə, bütün uçuşlar müvəqqəti olaraq ləğv edilib. Terminalda sərnişinlər səsucaldanlar vasitəsilə hazırda Hamburqdan uçuşların ləğv olunduğu barədə məlumatlandırılır. Hətta təyyarələrin göyərtəsində olan sərnişinlər də onu tərk etməli olublar.

Məlumat tablolarına əsasən, reyslar üç saata qədər gecikir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: