Orta Dəhliz və nəqliyyat layihələri Gürcüstan-Qırğızıstan danışıqlarında müzakirə olunub

A- A A+

Gürcüstanın Baş naziri son 34 ildə ilk dəfə Qırğızıstana rəsmi səfər edib.

NUHÇIXAN-ın məlumatına görə, səfər çərçivəsində tərəflər ikitərəfli münasibətlərin inkişafı, BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə mövqedən çıxış edilməsi, həmçinin beynəlxalq logistika və nəqliyyat layihələrinin perspektivləri barədə müzakirələr aparıblar.

Baş nazir İrakli Kobaxidze gürcü jurnalistlərə açıqlamasında bildirib ki, görüş zamanı Orta Dəhlizin perspektivləri də diqqət mərkəzində olub. Onun sözlərinə görə, bu layihənin inkişafı xüsusi əhəmiyyət daşıyır və tərəflər əlavə yüklərin cəlb olunması məqsədilə dəhlizin inkişafını təşviq etmək üçün səylərin gücləndirilməsi imkanlarını da müzakirə ediblər.

“Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin sürətlə həyata keçirilməsindən məmnunuq. Bu layihə Mərkəzi Asiya ilə regionumuz arasında əlaqələrin güclənməsinə də mühüm töhfə verəcək. Gürcüstan da öz növbəsində tranzit funksiyasının inkişafına əhəmiyyətli investisiyalar yatırır. Ümumilikdə, inanırıq ki, bu proseslər regionların, xüsusilə də ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin daha da genişlənməsinə ciddi töhfə verəcək”, - deyə İrakli Kobaxidze vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: