İndoneziyanın şərqində eyni gündə üç vulkan püskürüb.
NUHÇIXAN İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Halmahera bölgəsindəki Dukono, Şərqi Floresdə yerləşən Levotobi Laki-Laki və Qərbi Halmaheradakı İbu vulkanlarında baş verən püskürmələr nəticəsində kül sütunları 400–500 metr hündürlüyə qalxıb.
Məlumata görə, ən yüksək həyəcan səviyyəsi Levotobi Laki-Laki vulkanında qeydə alınıb, digər iki vulkan isə daha aşağı risk səviyyəsində saxlanılıb.
Qeyd edək ki, İndoneziya Sakit okeanın “Alov Həlqəsi”ndə yerləşdiyi üçün yüksək vulkanik aktivlik zonası hesab olunur.
