Ermənistan MSK daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib

A- A A+

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Söhbət Ararat vilayətinin Abovyan kəndindəki (Artaşat icması) 12/13 nömrəli məntəqədən gedir. Səsvermə nəticələrinin ləğv edilməsinə səbəb məntəqədə 8 nömrəli ("Milli-demokratik qütb") bülletenin olmaması olub. Seçki komissiyasının protokoluna əsasən, orada səsvermədə 809 nəfər iştirak edib.

Ən çox səsi "Vətəndaş müqaviləsi" toplayıb – 602. Müxalif "Ermənistan" və "Güclü Ermənistan" blokları müvafiq olaraq - 67 və 71 səs alıblar.

İyunun 11-də MSK növbədənkənar iclasında iki məntəqədə – İrəvanda və Sünikdə səsvermənin nəticələrini ləğv edib.

"Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan Ermənistanda parlament seçkilərinin ikinci turunu təşkil etməyə çağırıb.

Qeyd edək ki, Ermənistanda seçkilər iyunun 7-də keçirilib. Nikol Paşinyanın hakim "Vətəndaş müqaviləsi" partiyası səslərin 49,825 %-ni toplayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: