Son 23 il ərzində Türkiyənin ixracat həcmi 36 milyard dollardan 276 milyard dollaradək artıb. Türkiyə istehsal gücü sayəsində qlobal təchizat zəncirlərinin etibarlı və dayanıqlı iştirakçısıdır.
NUHÇIXAN xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih bildirib.
Nazir qeyd edib ki, son 23 il ərzində sənayə sektoru nümayəndələrinin səyləri nəticəsində avtomobil istehsalı illik 357 mindən 1,5 milyon ədədə yüksəlib.
“Bu sektor ötən il həyata keçirilən 41,5 milyard dollarlıq ixracla rekord göstəriciyə imza atıb. Son 23 il ərzində TÜBİTAK vasitəsilə avtomobil texnologiyaları sahəsində həyata keçirilən 3 min 205 layihəyə və bu sahədə çalışan 3 min 200-dən çox alimə və gəncə ümumilikdə 33 milyard lirə vəsait ayırdıq. 2002-ci ildən bu günə qədər investisiya təşviqlərimiz vasitəsilə avtomobil sənayesinin əsas və yardımçı sahələrində fəaliyyət göstərən şirkətlərin ümumi investisiya həcmi 1,4 trilyon lirə olan 3 min 861 layihəsinin həyata keçirilməsinə şərait yaratdıq”, - deyə nazir bildirib.
