İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

A- A A+

İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Ömər Tişler İrana qarşı genişmiqyaslı hücum planının uçuşa cəmi bir saat qalmış dayandırıldığını bildirib.

NUHÇIXAN İsrailin TPS-ıl informasiya agentliyinə istinadla xəbər verir ki, Tişler hərbçilərə göndərdiyi məktubda İsrail qüvvələrinin İran ərazisində çoxsaylı hədəflərə zərbə endirmək üçün tam hazır vəziyyətə gətirildiyini qeyd edib. Onun sözlərinə görə, əməliyyat İranın İsrailə raket hücumlarından sonra hazırlanıb. General bildirib ki, daha genişmiqyaslı ikinci əməliyyat üçün bütün hazırlıqlar tamamlanıb, lakin hücumun başlanmasına bir saat qalmış zərbə dayandırılıb.

Qeyd olunur ki, əməliyyatın ləğvi ABŞ və İran arasında razılaşma əldə olunması ilə eyni vaxta təsadüf edib. İsrail mediası qərarın gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə diplomatik səylər nəticəsində verildiyini yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: