ABŞ İranla əldə olunmuş razılaşmalar çərçivəsində İrana investisiyalar yatırmayacaq.
NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransada G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı bildirib.
Tramp ABŞ-nin İranla münaqişənin nizamlanmasına dair saziş çərçivəsində ölkənin bərpasını maliyyələşdirə biləcəyi barədə KİV-də yayılan məlumatları "absurd" adlandırıb.
"Biz heç bir pul yatırmırıq, bizim İrana hər hansı bir pul yatırmaq öhdəliyimiz yoxdur", - Donald Tramp deyib.
O vurğulayıb ki, ABŞ-nin bu cür addımlara hüququ ola bilər, lakin ölkə vəsait yatırmağı planlaşdırmır.
"Əgər istəsək, buna hüququmuz var, lakin biz heç bir pul yatırmırıq", - o əlavə edib.
Daha əvvəl KİV xəbər vermişdi ki, ABŞ və İranın cümə günü Cenevrədə imzalamağı planlaşdırdıqları memorandumda Birləşmiş Ştatlar tərəfindən İranın bərpasına 300 milyard dollarlıq töhfəni nəzərdə tutan bənd mövcuddur.
