Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

A- A A+

ABŞ və İran arasında razılaşmadan sonra Hörmüz boğazında gəmiçiliyin tam bərpası bir neçə həftədən bir aya qədər çəkə bilər.

NUHÇIXAN xəbər verir ki bunu dünyanın ən böyük tanker donanması operatoru “Mitsui O.S.K. Lines” şirkətinin baş direktoru Zetaro Tamura “Financial Times” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, gəmiçilik şirkətləri normal fəaliyyətə qayıtmaq üçün tələsmirlər və əldə edilən razılaşmaların boğazdan təhlükəsiz keçidi təmin etməsini gözləyəcəklər.

“Bunun azı bir neçə həftə, bəlkə də, bir ay çəkəcəyini düşünmək məntiqlidir”, - deyə Tamura bildirib.

“Financial Times” qəzetinin məlumatına görə, hazırda yüzlərlə gəmi boğazdan təhlükəsiz keçidi gözləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: