İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf iyunun 19-da Cenevrədə ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək.
NUHÇIXAN xəbər verir ki, “Tasnim” agentliyi bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançiyə istinadla məlumat yayıb.
“İmzalanma mərasimindən sonra əlavə müzakirələr başlayacaq. Tədbirdə ABŞ-ni Vitse-prezident Ceyms Devid Vens, İranı isə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf təmsil edəcək”, - deyə agentlik onun sözlərindən iqtibas gətirib.
