Yaponiyanın şərqində yerləşən İbaraki prefekturasında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
NUHÇIXAN Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:46-da baş verib. Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ Tokionun mərkəzində, eləcə də Qunma və Saytama prefekturalarında hiss olunub.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələnin episentri İbaraki prefekturasının cənub hissəsində yerləşib.
Qeyd olunur ki, sunami xəbərdarlığı elan edilməyib.
