Vaşinqton və Tehran ABŞ-nin İran limanlarına qarşı blokadasının sona çatmasını nəzərdə tutan çərçivə sazişini elan etdikdən sonra İran tankerləri son iki ayda ilk dəfə xam neft ixracına başlayıb.
NUHÇIXAN xəbər verir ki, “TankerTrackersa” analitik gəmiçilik şirkətinin məlumatına görə, İran tankerləri artıq iki partiya neft aparıblar. Peyk görüntüləri ilə də təsdiqlənib ki, İranın milli tanker şirkətinin 3,8 milyon barel neftdaşıyan ən azı iki supertankeri ABŞ-nin dəniz blokadası xəttini keçib.
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü Hörmüz boğazının razılaşdırılmış memorandumun şərtlərinə uyğun olaraq yenidən açıldığını elan edib. Lakin daha sonra vaxtı dəyişərək, boğazın cümə günü İsveçrədə sənədin rəsmi imzalanmasından sonra açılacağını bildirib.
