Özbəkistan sənayenin bir sıra əsas sahələrində 20 milyard dollar dəyərində birgə investisiya layihələri həyata keçirməyi təklif edib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənd İnvestisiya Forumunun açılış mərasimində bildirib.
Onun sözlərinə görə, söhbət maşınqayırma, robototexnika, tikinti materiallarının istehsalı, elektrotexnika və əczaçılıq kimi istiqamətlərdən gedir:
"Bildiyiniz kimi, Özbəkistan zəngin təbii sərvətlərə - qızıl, mis, uran, volfram, qaz və s. malikdir. Yeraltı sərvətlərimizin ümumi dəyəri 3 trilyon dollar qiymətləndirilir".
Ş.Mirziyoyevin sözlərinə görə, investisiyaların cəlb edilməsi üçün açıq rəqəmsal geoloji məlumat bazası yaradılacaq, hərraclara çıxarılan yataqların sayı isə dörd dəfə artacaq.
