"Gürcüstan Dəmir Yolları"nda korrupsiya ilə bağlı ittiham edilənlərin sayı artıb

A- A A+

Gürcüstan Dəmir Yollarında korrupsiya işi üzrə ittiham edilənlərin sayı artıb.

NUHÇIXAN-ın məlumatına görə, ölkənin prokurorluğu daha iki nəfərə qarşı ittiham irəli sürüb.

Beləliklə adıçəkilən iş üzrə 10 nəfər ittiham olunur.

Təqsirləndirilən şəxslər mütəşəkkil dəstə tərkibində vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda dələduzluq, qanunsuz gəlirlərin leqallaşdırılması, saxta vergi və rəsmi sənədlərin hazırlanması və istifadəsində ittiham olunurlar.

Bildirilir ki, cinayətkar qrupun üzvləri 2020-2021-ci illərdə ümumilikdə 22 120 ton metal qırıntısını mənimsəyərək satışından əldə olunan vəsaiti müxtəlif şirkətlərin hesabları vasitəsilə bölüşdürüblər.

İstintaqın məlumatına görə, nəticədə "Gürcüstan Dəmir Yolları"na 17,39 milyon lari (təxminən 6,6 milyon dollar - red) məbləğində ziyan dəyib.

Bundan başqa, 2022-ci ildə relslərin təmiri ilə bağlı müqavilə çərçivəsində görülmüş işlərin həcmi süni şəkildə şişirdilərək sənədləşdirilib. Nəticədə podratçı şirkətə 403,8 min laridən (təxminən 154 min dollar - red) çox artıq vəsait ödənilib.

Prokurorluq saxlanılan şəxslərlə yanaşı, iki nəfərə qiyabi ittiham irəli sürüldüyünü və onların beynəlxalq axtarışa veriləcəyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: