Estoniyada prezident seçkiləri: fövqəladə iclasın vaxtı açıqlanıb

A- A A+

Estoniya parlamenti yeni prezidentin seçilməsi üçün sentyabrın 2-də fövqəladə iclas keçirəcək.

NUHÇIXAN Estoniyanın ERR ictimai yayımçısına istinadla xəbər verir ki, müvafiq qərar Prezident Alar Karisin təklifi əsasında parlamentin sədri Lauri Hussar tərəfindən qəbul edilib.

Estoniya qanunvericiliyinə görə, prezident parlament tərəfindən beş il müddətinə seçilir. Hazırkı Prezident Alar Karisin səlahiyyət müddəti bu payız başa çatır. O, növbəti seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı qərarını iyunun 25-də açıqlayacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: