Anja Nitzsche: Süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir

A- A A+

Süni intellektin tətbiqində etik prinsiplər inkişaf prosesinin ayrılmaz hissəsi olmalıdır. Rəqəmsal transformasiyanın uğuru üçün hökumətlərin fəal iştirakı və məlumatların idarə olunması həlledici əhəmiyyət daşıyır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Rəqəmsal Əməkdaşlıq Təşkilatının (Digital Cooperation Organization) Tərəfdaşlıqlar və Maliyyələşdirmənin İdarə Edilməsi üzrə rəhbəri Anja Nitzsche İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Regional rəqəmsal iqtisadiyyatların inkişafı üçün süni intellektdən istifadənin genişləndirilməsi” adlı sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir.

“Hökumətlər, akademik dairələr, sənaye və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq süni intellekt ekosisteminin inkişafı üçün vacib şərtdir. Etik və inklüziv süni intellekt prinsipləri bütün layihələrin təməlində dayanmalıdır”,- deyə o əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: