Çin bu ilin payızında ilk Qlobal İdarəetmə Forumuna ev sahibliyi edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ Dövlət Şurasının İnformasiya Ofisində keçirilən mətbuat konfransında bildirib.
Pekin yaxınlığındakı Sionqan şəhərində keçiriləcək tədbirdə tərəflər qlobal idarəetmədə islahatlar və təkmilləşdirmə yollarını müzakirə etmək üçün bir araya gələcək.
“Beynəlxalq ictimaiyyətin üzvlərini qlobal idarəetmə islahatların istiqamətini müəyyənləşdirməkdə, daha ədalətli və bərabər qlobal idarəetmə arxitekturasına doğru geniş konsensus toplamaqda bizə qoşulmağa dəvət edəcəyik”, - deyə nazir Van İ bildirib.
Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və dünyanın ən böyük inkişaf etməkdə olan ölkəsi kimi qlobal idarəetmədə davamlı olaraq fəal rol oynadığını vurğulan Van İ bildirib ki, Çin bəşəriyyət üçün ortaq gələcəyi olan bir cəmiyyətin qurulmasını dəstəkləyir və çoxtərəfliliyin tətbiqində öncüllük edir.
