Ukraynaya məxsus Su-24M bombardmançısı qəzaya uğrayıb

A- A A+

Ukrayna ordusuna məxsus Su-24M tipli bombardmançı təyyarə Xmelnitski vilayətində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 19:00 radələrində baş verib. Hazırda axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları qəza yerində araşdırma aparırlar.

İlkin məlumata əsasən, hadisə nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb.

Qəza zamanı təyyarənin iki pilotu həlak olub. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: