Fransada keçirilən G7 sammiti Ukrayna üçün mühüm nəticələr verib. Ən əsası, Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsi barədə razılığın əldə olunmasıdır.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşım edib.
Zelenski qeyd edib ki, müharibənin başa çatdırılması və sülhün təmin edilməsi məqsədilə Rusiyaya qarşı təzyiq tədbirlərinin gücləndirilməsi istiqamətində yeni addımlar atılacaq.
“Tərəfdaşlar müdafiəmizin və enerji dayanıqlığımızın təmin olunmasına dəstək göstərəcəklər. Əsas çağırışlar və onlara cavab olaraq atılacaq konkret addımlarla bağlı ortaq anlayışın olması mühüm amildir. Qlobal birliyimiz Ukraynaya qarşı bu mənasız və cinayət xarakterli təcavüzün davam etdirilməsi imkanlarını həqiqətən də azaldır”, – deyə Zelenski əlavə edib.
