Cakartada (İndoneziya) iğtişaşlar nəticəsində 69 nəfər həbs edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İndoneziya mediası məlumat yayıb.
Bir qrup aksiya iştirakçısı yerli hakimiyyət orqanlarının "Sultan" otelini və yaşayış binalarının yerləşdiyi ətraf əraziləri dövlətin mülkiyyətinə vermək qərarına qarşı çıxıb.
"İğtişaşlar nəticəsində polis əməkdaşları hökmün icrasına mane olmağa cəhddə şübhəli bilinən 69 nəfəri həbs ediblər. Ümumilikdə 26 polis əməkdaşı yüngül xəsarət alıb", - polisdən bildirilib.
Əməliyyatın keçirilməsinə müxtəlif güc strukturlarının 3 mindən çox əməkdaşı cəlb edilib. Polis su şırnaqlarından istifadə etməli olub.
