Macarıstan hökuməti yanacaq qiymətlərinin son günlərdə nəzərəçarpacaq dərəcədə azalması fonunda tətbiq edilən qiymət limitinin mərhələli şəkildə ləğv olunacağını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, hökumətin qərarına əsasən, məsələ ilə bağlı qanunvericiliyə dəyişikliklər ediləcək və limit sistemi dayandırılacaq.
Baş nazir bildirib ki, qiymətlərin bəzi yanacaqdoldurma məntəqələrində artıq müəyyən edilmiş həddən 10–15 forint aşağı olması bu addımın atılmasına imkan yaradıb. Bununla yanaşı, aksiz vergisində tətbiq olunan güzəştlər qüvvədə qalacaq, enerji şirkəti MOL isə aşağı marja siyasətini davam etdirəcək.
Hökumətin məlumatına görə, qiymət limitinin saxlanılması dövlət büdcəsinə aylıq təxminən 50 milyard forintə başa gəlirdi. Hazırda bəzi yanacaqdoldurma şəbəkələri benzinin və dizelin qiymətlərini əvvəlki limitdən də aşağı səviyyəyə endirib.
