Qazaxıstan vətəndaşları mal və xidmətlərin ödənişi üçün vahid QR koddan istifadə edə biləcəklər

A- A A+

Cari ilin 19 iyul tarixindən etibarən Qazaxıstanda nağdsız ödənişlər üçün banklararası vahid QR-kod sistemi fəaliyyətə başlayacaq.

NUHÇIXAN “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Milli Bankının sədri Timur Suleymenov məlumat verib.

Tənzimləyici qurumun rəhbərinin sözlərinə görə, bu sistemin istifadəyə verilməsi müasir institusional mühitin yaradılması sayəsində mümkün olub. O xatırladıb ki, cari ilin 1 may tarixində parlamentin dəstəyi ilə rəqəmsal aktivlər sənayesinin inkişafı üçün hüquqi baza formalaşdırılıb, Milli Bankın tənzimləyici mərkəzinin bazasında isə artıq bu sahədə 30-dan çox innovativ layihəyə start verilib.

İyulun 19-dan etibarən kommersiya banklarının banklararası vahid sistemdə iştirakını məcburi edən qanunvericilik normaları da qüvvəyə minəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: