ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

A- A A+

ABŞ hərbçilərinin Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Bildirilib ki, kəşfiyyat məlumatları gəminin Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət etdiyini göstərib.

Komandanlığın açıqlamasına görə, əməliyyat nəticəsində gəmi vurulub və üç nəfər ölüb.

ABŞ mediasının məlumatına əsasən, 2025-ci ilin payızından bəri narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən qayıqlara qarşı keçirilən hərbi əməliyyatlar zamanı həlak olanların sayı 200-ü ötüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: