İndoneziyada zəlzələdən sonra 780-dən çox təkan qeydə alınıb, üç nəfər ölüb

A- A A+

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində baş vermiş 6,7 maqnitudalı zəlzələdən sonra 780-dən çox afterşok qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Antara" yerli meteorologiya, iqlimşünaslıq və geofizika agentliyinə istinadən məlumat yayıb.

Ən güclü afterşokun maqnitudası 5,3 olub və üç nəfərin ölümü ilə nəticələnib.

Bundan başqa, 108 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə zəlzələ nəticəsində 6,4 mindən çox vətəndaş zərər çəkib.

Zəlzələ iyunun 16-da İndoneziya sahillərində baş verib. Onun episentri təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən (Sulavesi adası) 46 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: