Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının bir hissəsində gəmilərin naviqasiyası müvəqqəti dayandırılıb.
NUHÇIXAN Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə “Rosmorport” Federal Dövlət Unitar Müəssisəsi məlumat verib.
Məlumata görə, məhdudiyyətlər çətin naviqasiya şəraiti, o cümlədən daşqınların nəticələri səbəbindən tətbiq edilib.
“Rosmorport” aydınlıq gətirib ki, kanalın 151-155-ci kilometrləri arasındakı hissəsində gəmilərin naviqasiyası 22 iyun saat 00:00-dək dayandırılıb. Hazırda yüksək performansa malik dörd avadanlıqdan istifadə etməklə gecə-gündüz təcili təmir və bərpa işləri aparılır.
Naviqasiyanın bərpası ilə bağlı əlavə məlumat veriləcək. Gəmi sahiblərinə gəmi qrafiklərini tənzimləmək tövsiyə olunur.
Volqa-Xəzər dəniz gəmiçiliyi kanalı Volqa çayı ilə Xəzər dənizi arasında əlaqəni təmin edir və regionda əsas yükdaşıma marşrutlarından biridir.
