Cənubi Koreya Prezidenti: Tramp KXDR-in nüvə məsələsi ilə məşğul olmaq niyyətindədir

A- A A+

ABŞ Prezidenti Donald Tramp KXDR-in nüvə məsələsinə diqqət yetirmək niyyətindədir.

NUHÇIXAN xəbər verir ki, “The Korea Times" qəzetinin məlumatına görə, bunu Cənubi Koreya Prezidenti Li Ce Myun Fransada keçirilən G7 sammiti çərçivəsində Trampla görüşdən sonra jurnalistlərə bildirib.

“Biz Şimali Koreyanın nüvə məsələsini və ona ən çox necə yanaşmaq lazım gəldiyini müzakirə etdik. Prezident Tramp bildirdi ki, diqqəti yenidən Şimali Koreya məsələsinə yönəltmək vaxtıdır”, - deyə Koreya Respublikasının lideri bildirib.

O, ABŞ Prezidenti ilə söhbətində qeyd edib ki, hazırda Cənubi Koreyanın KXDR ilə demək olar, heç bir rabitə kanalı yoxdur və Birləşmiş Ştatlar hazırda Şimali Koreyanı dialoqa cəlb edə bilən yeganə tərəf kimi görünür.

Cənubi Koreya Prezidentinin sözlərinə görə, Trampla söhbətində o, Vaşinqtonun praqmatik yanaşma tərəfdarı olan ABŞ Silahlı Qüvvələrinin və təhlükəsizlik üzrə ekspertlərin baxışlarını nəzərə alaraq, KXDR üçün məqbul təkliflər hazırlamasını təklif edib.

Li Ce Myun, həmçinin Trampa Şimalı Koreyanın nüvə məsələsinin həllinin tədricən, bir neçə mərhələdə həyata keçirilməsi barədə fikirlərini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: