İyunun 21-də Misirin əl-Aləmeyn şəhərində Misir, Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə xarici işlər nazirlərinin birgə görüşü keçiriləcək.
NUHÇIXAN Misir Xarici İşlər Nazirliyinin bəyanatına istinadla xəbər verir ki, geniş formatda danışıqlardan sonra mətbuat konfransı təşkil olunacaq. Bəyanatda danışıqların mövzusu barədə məlumat verilməsə də, ehtimal olunur ki, xarici işlər naziləri Yaxın Şərqdəki son vəziyyəti müzakirə edəcəklər.
