Bu il iyunun 22-dən 24-dək Almatıda rəsmi statistikada mobil yerləşdirmə məlumatlarının (“Mobile Positioning Data”, MPD) istifadəsi üzrə beynəlxalq seminar keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın statistika agentliklərinin mütəxəssisləri iştirak edəcəklər.
Dünya Bankı, Asiya İnkişaf Bankı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu da daxil olmaqla, əsas beynəlxalq qurumların nümayəndələri də müzakirələrə qoşulacaqlar.
Seminarın məqsədi mobil yerləşdirmə məlumatlarına çıxışın sadələşdirilməsi metodları barədə məlumatlılığı artırmaq, iştirakçıların milli mobil operatorlarla qarşılıqlı əlaqələrində dəstək olmaq və tərəfdaş ölkələrdə rəsmi statistikada bu cür məlumatların emalı və təhlili üçün texniki potensialı gücləndirməkdir.
