WSJ: ABŞ və Qətər İranın 6 milyard dollarlıq dondurulmuş vəsaitindən istifadə mexanizmini müzakirə edir
ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar məqsədlər üçün istifadəyə imkan verəcək mexanizm üzərində işləyirlər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, söhbət Qətərdə saxlanılan 6 milyard dollarlıq vəsaitdən gedir. Plan çərçivəsində İranın bu vəsaitdən ərzaq, dərman və digər humanitar malların alınması üçün istifadə etməsinə icazə verilə bilər.
Nəşrin məlumatına görə, Vaşinqton bu mexanizmin İranın xərclərinə nəzarət imkanlarını artıracağını düşünür. Bununla yanaşı, Tehran hələlik ABŞ və Qətərin hazırladığı planı təsdiqləməyib.
