“Le Figaro”: Makron prezident seçkilərindən əvvəl parlamenti buraxmağı nəzərdən keçirə bilər

A- A A+

Fransa Prezidenti Emmanuel Makron 2027-ci il prezident seçkilərindən əvvəl Milli Assambleyanın buraxılması variantını nəzərdən keçirə bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, prezidentin yaxın çevrəsində bəzi şəxslər bu addımın siyasi vəziyyəti sabitləşdirə biləcəyini, digərləri isə bunun əksinə, böhranı dərinləşdirəcəyini düşünür.

Məlumata görə, bu ssenari parlament seçkiləri ilə prezident seçkilərinin eyni dövrdə keçirilməsi və siyasi proseslərin yenidən formalaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda, məqsədin parlamentdə qüvvələr balansına təsir göstərmək olduğu iddia edilir.

Bununla belə, “Le Figaro” qeyd edir ki, Prezident Administrasiyası bu məlumatları şərh etməkdən imtina edib və bunların yalnız siyasi dairələrdə müzakirə olunan ehtimallar olduğu vurğulanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: