İngiltərənin Bedford şəhəri yaxınlığında baş vermiş qatar qəzası nəticəsində bir nəfər həyatını itirib, 100 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, hadisə iyunun 19-da yerli vaxtla saat 16:40-da Korbi şəhərindən hərəkət edən sərnişin qatarının Nottingemdən gələn saat 15:50 reysi ilə toqquşması nəticəsində baş verib.
Polisin məlumatına görə, qəza zamanı qatar maşinisti həyatını itirib. Yaralananlardan 28 nəfəri xəstəxanada müalicə olunur. Onlardan 9-nun vəziyyəti kritik olaraq qalır. Ümumilikdə hadisə nəticəsində 100 nəfər zərər çəkib.
Britaniyanın dəmir yolu infrastrukturu operatoru olan “Network Rail” qəzanın nəticələrinin aradan qaldırılması üçün bərpa əməliyyatının aparılacağını açıqlayıb. Qəzanın səbəblərinin araşdırılması davam edir.
