Türkiyə Türk Dövlətlərinin Rəqəmsal İqtisadiyyatı haqqında Sazişi təsdiq edib

A- A A+

Türkiyə Nazirlər Kabinetinin “Rəsmi qəzet”ində “Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişinin təsdiq edilməsi haqqında” qanunun mətni dərc olunub.

NUHÇIXAN xəbər verir ki, 2024-cü il noyabrın 6-da Bişkekdə imzalanan saziş, təcrübə mübadiləsi, rəqəmsal infrastrukturun genişləndirilməsi, elektron ödənişlərin inkişafı və innovativ texnologiyalar vasitəsilə qarşılıqlı ticarətin artırılması da daxil olmaqla, TDT dövlətləri arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: