İran yaxın 60 gün ərzində Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumları tətbiq etməyəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
“60 günlük müddət ərzində Hörmüz boğazında heç bir tranzit rüsumu tutulmayacaq”, - deyən nazir vurğulayıb ki, boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətə qaytarılmalıdır. Pakistanlı nazir əlavə edib ki, Çin də Hörmüz boğazından hər iki istiqamətdə gəmilərin heç bir rüsum tətbiq edilmədən sərbəst keçidini dəstəkləyir.
Xatırladaq ki, bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi ABŞ və İran nümayəndə heyətləri arasında İsveçrədə Qətər və Pakistan təmsilçilərinin iştirakı ilə danışıqların başladığını elan etmişdi. Nazirliyin məlumatına görə, tərəflər yekun razılaşmanın hazırlanması məqsədilə texniki işçi qrupları formalaşdırıblar.
