Ötən gün Hörmüz boğazından 67 gəmi keçib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ-nin enerji katibi Kris Rayt “Fox News”-a müsahibəsində deyib. O, bir gün əvvəl bu rəqəmin 55 olduğunu bildirib.
“Beləliklə, neft və neft məhsulları baxımından həcm təxminən münaqişədən əvvəlki səviyyəyə bərabərdir. Boğazlardan nəqliyyat axını olduqca yaxşı gedir. Bu, ABŞ hərbi qüvvələrinin mövcudluğuna görədir. İran hələ də mərkəzi gəmiçilik kanalını minalardan təmizləməyib, lakin ABŞ cənubda ayrıca bir kanal açıb. Artıq bir neçə həftədir ki, gəmiləri çox yüksək səviyyədə oradan keçiririk”, - deyə enerji katibi əlavə edib.
